Temperatur rekordu: Bu ölkədə 52 dərəcə qızmar istilər oldu

  • By arzu
  • 18 İyul 2023 09:35

Çinin qərbindəki Sintizyan-Uyğur bölgəsində tarixi istilik temperaturu yaşanıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, rekord istilər 52,2 dərəcəyə yüksəlib.

HTML tutorial

Qızmar istilər həyəcana səbəb olub. Çinin Meteoroloji Müşahidə Evinin açıqlamasında yüksək istilik temperaturunun 1 həftə davam edəcəyi bildirilib.

Yerli mətbuat səth istiliyinin 80 dərəcəyə çatdığını yazır.

Dövlət işçiləri əkinçiliklə məşğul olan vətəndaşları kənd təsərrüfatı işlərində sulama işlərini artırmağı təklif edib.

Xatırladaq ki, bundan öncə Çində 52,3 dərəcə ilə Turfandağ Hövzəsinin Ayding kəndində yaşanmışdı. Həmin bölgə quru iqlimi ilə tanınır.

 

Tərcümə: Arzu

Gununsesi.info