
Hindistan suni zəka üçün 1 milyard dollar yatırım edəcək.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, zəka texnologiyası sahəsində çalışan “Vipro” adlı şirkət 250 min işçisini suni zəka sahəsində öyrətmək və onun məhsul təqdimatlarına inteqrasiyası üçü 1 milyard dollar xərcləməyi planlaşdırır.
Şirkət 1 milyardlıq yatırımla 3 il boyunca bulud, data bilgi analizi, məsləhətçilik və mühəndizlik bölümlərində çalışan 30 min adamı bir araya gətirəcək.
İşçilərin suni zəka sahəsində inkişaf etdirəcəyi texnologiyalar, şirkət içi işləri müştərilərə təqdim edilən həll yollarını əhatə edəcək.
Xatırladaq ki, ChatGPT, Open Aİ kimi suni zəka şirkətlərinin istifadəsi dünyanın bir çox ölkələrində, ayrı-ayrı sahələrdə istifadə edilməkdədir. Yeni şəkillənən dünyada şirkətlər arasında virtual satışlar və proseslərdə suni zəkadan istifadə genişlənməkdədir.
Tərcümə: Arzu