
Gürcüstan Mərkəzi Seçki Komissiyası yerli seçkilərin ikinci turunun tarixini açıqlayıb.
Gununsesi.info Gürcüstan mediasına istinadla xəbər verir ki, yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turu oktyabrın 30-a təyin edilib.
Məlumata əsasən, ikinci tur Tbilisi, Batumi, Rustavi, Kutaisi, Qori kimi 20 böyük şəhərdə keçiriləcək.
Gununsesi.info