
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili hazırda bütün diqqətini mübarizəsinə yönəldib, Rustavi həbsxanasında aclıq aksiyasını davam etdirir və “bu işi sona çatdırmaq” niyyətindədir.
Gununsesi.info xəbər verir ki, bu barədə M.Saakaşvili özünün “Facebook” səhifəsində yazıb.
Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti, hazırda Ukrayna vətəndaşı Mixeil Saakaşvili sentyabrın 29-da Ukraynadan gizli şəkildə Gürcüstana gəlib. O, oktyabrın 1-də Tbilisidə saxlanılıb və hazırda Rustavi şəhərinin həbsxanadadır.
Gununsesi.info