
Gürcüstanın Mərkəzi Sekçi Komissiyası (MSK) ötəngünkü yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ilkin nəticələrini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, MSK artıq 3 743 məntəqənin 1 446-dan (38,63%) əldə olunan səsləri hesablayıb.
Nəticələrə əsasən, hakim Gürcü Arzusu Partiyası 48,56%, müxalif Vahid Milli Hərəkat Partiyası isə 31,23% səs əldə edib.
Üçüncü yeri isə 6,87%-lə Gürcüstanın keçmiş baş naziri Georgi Qaxariyanın “Gürcüstan naminə” partiyası tutub.
***
MSK seçki bülletenlərinin 56,13%-nin sayıldığını açıqlayıb. Hazırkı nəticələr belədir:
1. Gürcü Arzusu – 47,66%
2. Vahid Milli Hərəkat – 31,06%
3. Gürcüstan naminə – 7,3%