Nigeriyada qanlı hücum: 14 nəfər güllələndi

Nigeriyada qanlı hücum: 14 nəfər güllələndi

Nigeriyanın Zamfara ştatının yaşayış məntəqəsinin birinə bir qrup silahlı şəxs tərəfindən edilən qarət nəticəsində ən az 14 nəfər həlak olub.

Gununsesi.org-un Trend-ə istinadən məlumatına görə, bu barədə “Daily Post” qəzeti Zamfara ştatı polisinə istinadən bildirib.

Bildirilib ki, hadisə yanvarın 15-də baş verib.

Şahidlərin sözlərinə görə, səhər saat 9 radələrində motosikletdə olan 40-dan çox adam kəndə girib. Cinayətkarlar sakinlərə evlərini tərk etməmələrini əmr ediblər.

Daha sonra onlar evlərə daxil olaraq mobil telefonları, pulları və digər qiymətli əşyaları götürməyə başlayıblar, həmçinin mal-qara və digər heyvan sürülərini aparıblar.

Gununsesi.org

COMMENTS