
“Günay Bank” cari ilin 1-ci rübünə dair hesabatını açıqlayıb.
Xatırladaq ki, ötən ilin 1-ci rübünü bank 879 min manat xalis mənfəətlə bağamışdı.
Bankın yaydığı məlumatda bildirilir ki, ki, “Günay Bank” ASC böyüməkdə davam edir.Belə ki, ilin əvvəlinə nisbətən Bankın ümumi aktivləri 4 341 000 manat yaxud 2 faiz çoxalmışdır.
Eyni zamanda Bankın kredit portfelində də, ilin əvvəli ilə müqayisədə 3 531 000 manat və ya 2 faiz artım baş vermişdir.