
Şəmkir Rayon Məhkəməsi rayon polisi tərəfindən narkotik ittihamı ilə həbs edilən Nizami Əhmədovun ev dustaqlığına buraxılması barədə vəsatəti rədd edib.
Bu barədə Gununsesi.info-ya Əhmədovun oğlu Əli Əhmədov bildirib.
Onun sözlərinə görə, atası məhkəmədə narkotiklə şərləndiyini deyib:
” Atam bildirib ki, onu şərləyiblər. Bu barədə Prezident İlham Əliyevə müraciətində də geniş yazıb.Məhkəmədə bildirib ki, səhhəti çox ağırdır. Dərmanlar qəbul edir. Həkim diaqnozu ilə səhhətində ciddi problemlərin olması sübut olunub. Xahiş etdi ki, onu ev dustaqlığına buraxsınlar. İstənilən vaxt istintaqın çağırışına gedəcək. Amma hakim Şəfəq Məmmədova qanunsuz olaraq, vəsatəti təmin etmədi”.
Qeyd edək ki, Nizami Əhmədov deputat Fazil Mustafaya qarşı sui-qəsd cinayətindən sonra dindarların kütləvi həbsində tutulub.
O, heç bir dini qruplaşmanın üzvü olmadığını deyib.
Nizami Əhmədov həbsini İranda bir neçə dəfə ziyarətdə olması ilə əlaqələndirib. Ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilib.
Elmar
Gununsesi.info