Gültəkin Hacıbəyli Azərbaycana gətirildi - SABİQ DEPUTAT DTX-da DİNDİRİLƏCƏK

  • By admin
  • 01 Dekabr 2025 10:51

Türkiyədə saxlanılan Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli bugün səhər saatlarında Azərbaycana deport edilib.

 

Gununsesi.info-nun əldə etdiyi məlumnata görə, sabiq deputatı hava limanında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları qarşlayıb.

 

Məlumatda bildirilir ki, Gültəkin Hacıbəyli DTX-nin İstintaq Baş İdarəsində istintaq olunan “Ramiz Mehdiyev İşi” çərçivəsində dindirilməsi üçün bu quruma aparılıb.

 

Elmar

Gununsesi.info