Mali Respublikasında mikroavtobusla yük maşını toqquşub.
Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, nəticədə azı 20 nəfər ölüb, 11 nəfər yaralanıb. Hadisə ölkənin cənub-qərbində Solabuqud və Naren şəhərləri arasında baş verib.
Nəqliyyat naziri İbrahim Əbdül Li ölənlərin ailələrinə başsağlığı verib, Ramazan bayramı ərəfəsində sürücüləri yollarda diqqətli olmağa çağırıb.
COMMENTS