
Son gündə Pakistanda COVID-19-a 2 min 164 nəfər yoluxub və pandemiya dövründə yoluxmaların sayı 354 min 461-ə çatıb.
Gununsesi.info Pakistan mətbuatına istinadla xəbər verir ki, son sutkada koronavirus 17 nəfərin ölümünə səbəb olub. Bununla da bu xəstəlikdən dünyasını dəyişənlərin sayı 7 min 109-a çatıb.
Qeyd edilir ki, xəstəxanalarda 24 min 938 pasiyent var, onların 1316-sının vəziyyəti ağırdır.
Bildirilir ki, pandemiya müddətində 322 min 414 xəstə evə buraxılıb.
Gununsesi.info