Fransada müsəlman liseylərinə dövlət dəstəyini dayandırdı – Müxalifətdən reaksiya

Fransa müxalifəti müsəlman şagirdlərintəhsil aldığı ölkənin aparıcı təhsil ocaqlarından biri olan Lisey Averroes (İbni Rüşd) ilə dövlət müqaviləsinə xitam verilməsini “anti-islam” və “ayrı-seçkilik” adlandırıb.

Gununsesi.info xəbər verir ki, Fransanın “Le Figaro” nəşrinin məlumatına görə, “Yalmaz Fransa” (LFI) müxalifət partiyasının üzvü Pol Vannier Averroes Liseyinə dövlət dəstəyinin dayandırılmasını pisləyib.

Vannier qeyd edib ki, Fransanın Hauts-de-France vilayətinin qubernatorunun Lilldəki liseylə bağlı qəbul etdiyi qərar digər özəl liseylərə münasibətdə icra olunmayıb.

“Bu, şokedici ikili standartdır. Əgər bu liseydə düzəldilməli nəsə varsa, o, düzəldilməlidir”, – deyə o bildirib.

Bundan əvvəl Fransanın Hauts-de-France bölgəsinin qubernatorunun administrasiyası özəl Lisey Averroens ilə hökumət müqaviləsinə xitam vermək qərarına gəlib.

Bölgə səlahiyyətliləri bu qərarı liseydə verilən təlimin Fransa Milli Təhsil Nazirliyinin kurrikulumun “mənbə və məzmun” baxımından gözləntilərinə “tam cavab verməməsi” ilə izah ediblər.

Lisey 2003-cü ildə fəaliyyətə başlayıb və hicablı olduğu üçün digər təhsil ocaqlarına gedə bilməyən müsəlmanların üzünə ilk qapılarını açıb.

İllər keçdikcə şagird sayının artdığı liseylə yanaşı, Averroes orta məktəbi də 2012-ci ildə fəaliyyətə başlayıb. Bu gün Averroes liseyində və liseyində 800-dən çox şagird təhsil alır.

Gununsesi.info