Türk İnvestisiya Fondu quruldu – Kapitalı 5 dövlət tərəfindən qarşılanacaq

Türk İnvestisiya Fondu müqaviləsi təsdiq edilib.

Gununsesi.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə təsdiq edilən qərar “Resmi Gazete” yayımlanıb.

Qərara əsasən, Türk İnvestisiya Fondunun kapitalı 5 dövlət tərəfindən qarşılanacaq və cəmi 500 milyon dollar olacaq.

Türkiyənin, həmçinin Türkmənistan, Qazaxıstan, Azərbaycan və Özbəkistanın investor kimi daxil olduğu fond 10 min səhmə bölünüb. Hər bir dövlətin 2 min bərabər payı olacaq.

Gununsesi.info