
Hollandiyalı Maks Ferstappen Meksika Qran Prisinin – “Formula 1” çempionatının 20-ci turunun qalibi olub.
Gununsesi.info xəbər verir ki, “Red Bull” pilotu mövsümdə 16-cı qələbəsini qazanıb.
Beləliklə, sürücü bu göstərici üzrə 2022-ci ildə müəyyən edilmiş öz rekordunu (15) üstələyib.
Maks Ferstappen üçqat dünya çempionudur.
İkinci yeri “Mercedes”dən olan britaniyalı pilot Lyuis Həmilton tutub. Üçüncü yeri “Ferrari”nin pilotu Şarl Lekler tutub.
Gununsesi.info