İlham Əliyev 93,9 faiz səslə seçkilərdə qalib gəlib - Oracle Advisory Group

  • By ilhame
  • 07 Fevral 2024 19:31

ABŞ-nın “Oracle Advisory Group” təşkilatı Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib.

 

APA xəbər verir ki, təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

 

“Exit-poll” nəticələrinə əsasən, namizədlərin topladığı səslərin ardıcıllığı belədir:

 

1. Prezident İlham Əliyev 93.9%

 

2. Zahid Oruc 1.8%

 

3. Fazil Mustafa 1.5%

 

4. Qüdrət Həsənquliyev 1.2%

 

5. Razi Nurullayev 0.9%

 

6. Elşad Musayev 0.4%

 

7. Fuad Əliyev 0.3%

 

Qeyd edək ki, ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı “exit-poll”u yerli tərəfdaş “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” ilə birgə keçirib.