Finlandiyanın yeni seçilmiş prezidenti Ukraynaya dəstəyin davam etdirilməsinə çağırdı

Avropa İttifaqı ölkələri Kiyevə iqtisadi və hərbi dəstəyi davam etdirməlidir, əks halda Ukraynanın mövcudluğu təhlükə altında olacaq.

Gununsesi.info xəbər verir ki, bunu 60-cı Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı Finlandiyanın yeni seçilmiş prezidenti Aleksandr Stubb deyib.

“Əgər Qərb Ukraynanı dəstəkləyə bilməsəydi, o, artıq mövcud olmayacaqdı”, – deyə o bildirib.

O əlavə edib ki, Putin “Ukraynadakı müharibəyə və rusiyalı dissident Aleksey Navalnının həbsxanada ölümünə” görə cavab verməlidir.

Fevralın 11-də Finlandiyada keçirilən prezident seçkilərinin ikinci turunda Aleksandr Stubb qalib gəlib. O, martın 1-dən dövlət başçısı vəzifəsinin icrasına başlayacaq.

Gununsesi.info