Bu Avropa ölkəsi bütün artileriya silahlarını Ukraynaya bağışlamağa qərar verdi

Danimarkanın baş naziri Mette Frederiksen bütün artilleriya silahlarını Rusiya ilə müharibədə ehtiyac duyduqlarını əsas gətirərək Ukraynaya bağışlamağa qərar verdiklərini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Frederiksen Almaniyada keçirilən 60-cı Münxen Təhlükəsizlik Konfransı (MSC 2024) çərçivəsində keçirilən 7-ci Ukrayna Naharında Rusiya-Ukrayna müharibəsi ilə bağlı qiymətləndirmələr edib.

“Danimarka tərəfi olaraq bütün artilleriya silahlarımızı Ukraynaya bağışlamağa qərar verdik”, – deyə o bildirib.

Avropada hələ də hərbi sursatların olduğunu qeyd edən Frederiksen Ukraynaya yardımın “sürətləndirməli və artmalı olduğunu” vurğulayıb.

Gununsesi.info