
Rusiya prezidenti Vladimir Putinin ən böyük rəqiblərindən biri, həbsxanada dünyasını dəyişən Aleksey Navalninin cəsədi nəhayət ki, tapılıb.
Gununsesi.info xəbər verir ki, Navalninin cəsədinin həbsxanadan 55 kilometr aralıda tapıldığı və qıcolmalar nəticəsində bədənində qançırların olduğu bildirilib. Navalninin cənazəsi hələ də ailəsinə təhvil verilməyib.
Rusiyada siyasi və sosial mövzularda nəşr edən “Novaya qazeta Europa”da yer alan xəbərə görə, Navalninin cəsədi “Qütb canavarı” koloniyası kimi tanınan Yamal-Nenets həbsxanasından təxminən 55 km aralıda, Salexard xəstəxanasının morqunda tapılıb.
Rusiya administrasiyası tərəfindən öldürüldüyü iddia edilən Navalni üçün təşkil edilən aksiyalarda 400-dən çox adam saxlanılarkən, müxalifətçinin morqda olmadığı üzə çıxıb və bu, mübahisə yaradıb. Cəsədi götürmək üçün Sibirdəki morqa gedən Navalninin anasına meyit üzərində müayinələrin davam etdiyi bildirilib. Bu vəziyyət və ziddiyyətli bəyanatlar Rusiya rəhbərliyinin Navaninin ölümünün əsl səbəbini gizlətdiyi iddialarına səbəb olub.
Hökumətə qarşı anti-korrupsiya kampaniyasının lideri Navalni ölümündən bir gün əvvəl həyat yoldaşına göndərdiyi Sevgililər Günü mesajında ”Bilirəm ki, hər şey mahnıdakı kimidir. Aramızda şəhərlər var. Amma. Səni həmişə yanımda hiss edirəm”, yazıb.
Gununsesi.info