
Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılıb.
Gununsesi.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopterləri vasitəsilə aparılan peyvəndləmə ümumilikdə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə həyata keçirilib.

