Fergus Auld Britaniyanın Azərbaycanda maliyyələşdirdiyi layihələrlə tanış olacaq - FOTO

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Ağcabədi və Beyləqana gedir.

Gununsesi.info xəbər verir ki, o, Azərbaycanın rayonlarında Britaniyanın maliyyələşdirdiyi layihələrlə tanış olacaq.

HTML tutorial

“Bu gün Ağcabədi və Beyləqana yola düşürəm. Bu bölgələrdə rayon başçıları ilə görüşəcəyəm, Böyük Britaniyanın maliyyələşdirdiyi layihələrlə tanış olacağam. İşgüzar səfərim çərçivəsində həm də səyahət etdiyim rayonlar siyahısına daha ikisi əlavə olunacaq. Necə deyərlər, həm ziyarət, həm ticarət”, – deyə diplomat “Twitter” hesabında yazıb.

Gununsesi.info