Əvəz Zeynallının istintaqı dondurulub - VƏKİL NARAZIDIR

  • By admin
  • 24 Yanvar 2023 13:11
Ötən ilin sentyabr ayının ilk günlərindən həbs edilən tanınmış jurnalist Əvəz Zeynallının istintaqı faktiki olaraq dondurulub.
Bu barədə Gununsesi.info-ya açıqlama verən jurnalistin vəkili Aqil Layic deyib ki, Əvəz Zeynallı barədə heç bir prosessual hərəkət aparılmır: “Bu onu deməyə əsas verir ki, onun həbsi üçün qəti istintaq zərurəti yoxdur. Həbsi başqa məqsədlərlə, yəni cəza metodu olaraq istifadə edilməkdədir. Bu isə ciddi mənada qanun pozuntusu olmaqla yanaşı, gələcəkdə Azərbaycan əleyhinə siyasi əsaslarla həbs edilməsinə görə Avropa Məhkəməsinin qərarının çıxarılması ilə nəticələnə bilər. Bu sahədə öz rekordumuzu təzələməkdə əfsuslar olsun ki, israrlıyıq”.
Vəkil, həmçinin bildirib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladıqları ərizələrə  cavab verilmir.
Aqil Layic deyib ki, istintaq Zeynallının  ailə üzvlərinə məxsus kommunal xidmət kartlarını, pensiya kartları və şəxsi komputerləri qaytarmır.
Mətləb Yaqublu
Gununsesi.info