ABŞ İrana qarşı müdafiə mövqeyini gücləndirir

ABŞ ordusu İranın ticarət gəmilərini ələ keçirməsinin qarşısını almaq üçün Fars körfəzi regionunda müdafiə mövqeyini gücləndirməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Con Kirbi brifinq zamanı deyib.

HTML tutorial

“Pentaqon bölgədə müdafiə mövqeyimizi gücləndirmək üçün bir sıra addımlar atacaq”, – Kirbi bildirib.

Qeyd edək ki, son iki il ərzində İranın beynəlxalq bayraqlarla üzən 15 ticarət gəmisinə hücum və ya onların naviqasiya sisteminə müdaxilə etdiyi bildirilir.

 

Gununsesi.info