Ermənistan Nümayəndəsinə 12 bal verməsi ilə bağlı AÇIQLAMA

Samirə Əfəndi məsələ ilə bağlı Gununsesi.info-ya açıqlamasında hər zaman xalqın yanında olduğunu deyib:

“Şəhidlərimizin xatirəsi mənim üçün hər şeydən üstündür. Dövlətimizin apardığı sülh siyasətinə hörmət edir və dəstək verirəm. Bir qazi övladı kimi tarix yaddaşı mənim üçün dəyişməzdir, biz keçmişi unutmuruq, unutdurmuruq. Amma gələcək bizim məsuliyyətimizdədir, övladlarımıza daha təhlükəsiz, mehriban və sülhlə dolu bir dünya ötürmək borcumuzdur. Layihədə etdiyim jest isə sadəcə insanlıq idi – musiqinin insanları birləşdirən, siyasətdən kənar bir güc olduğuna inanıram”.

“Həm yaradıcılığımda, həm də şəxsi mövqeyimdə Azərbaycan dəyərlərinə sadiq olaraq fəaliyyət göstərirəm və ölkəmizin humanizm və sülh yönümlü siyasətini dəstəkləyirəm”, – deyə S.Əfəndi əlavə edib.

 

Gununsesi.info