Zaqatala sakini sanatoriyada ölüb

  • By Ayshan
  • 24 Noyabr 2025 20:00

Naftalanda sanatoriyada ölüm hadisəsi olub.

Gununsesi.info Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Naftalan şəhərində yerləşən sanatoriyaların birində qeydə alınıb.

Belə ki, sanatoriyada istirahət edən Zaqatala rayon sakini, 1959-cu il təvəllüdlü İ.Murtuzovun qəfildən halı pisləşib.

Əraziyə təcili tibbi yardım briqadası çağırılsa da, onun vəfat etdiyi məlum olub.

İlkin məlumata əsasən, İ.Murtuzov ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info