Ermənistanda KTMT təlimləri keçirilməyəcək -Paşinyan

Ermənistanda KTMT-nin hərbi təlimləri keçirilməyəcək.

Gununsesi.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Paşinyan bu barədə bu gün keçirdiyi mətbuat konfransında danışıb.

HTML tutorial

O bildirib ki, rəsmi İrəvan bununla bağlı birləşdirilmiş qərargahı məlumatlandırıb.

Paşinyanın sözlərinə görə, Ermənistan hazırkı vəziyyətdə KTMT-nin təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir.

Gununsesi.info