Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində daha 289 nəfər artaraq 7402-yə çatıb.
Gununsesi.org xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.
Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 4 nəfər artaraq 91-ə çatıb. Ümumilikdə 3220 pasiyent müalicə olunaraq sağalıb.
4052 xəstənin müalicəsi davam etdirilir, 52 554 insan isə koronavirus testindən keçib.
Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyuna qədər uzadılıb.
Gununsesi.org
COMMENTS