İranda koronavirusa yoluxanların sayı artıb.
Gununsesi.org IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat verib.
Onun sözlərinə görə, ölkədə daha 1 787 nəfərdə koronavirus aşkarlanıb. Bununla da İranda yoluxma faktlarının sayı 139 511-ə çatıb.
K.Cahanpur bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 57 nəfər artaraq 7 508 nəfərə yüksəlib.
O, həmçinin 2 567 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.
Bundan başqa, indiyədək 109 437 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.
Gununsesi.org
COMMENTS