38 yaşlı Zlatan İbrahimoviç karyerasını başa vurur?- "MİLAN" AÇIQLAMA YAYDI

38 yaşlı Zlatan İbrahimoviç karyerasını başa vurur?

“Milan” hücumçusu Zlatan İbrahimoviçlə bağlı bəyanat yayıb.

Gununsesi.org-un məlumatına görə, “rossonyerlər” isveçli forvardın zədəsi ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

A seriyası təmsilçisi mətbuatda yazıldığı kimi, veteran oyunçunun topuğunda sınıq olmadığını açıqlayıb: “İbrahimoviç dünənki məşqdə sağ ayağından zədə alıb. Amma topuq nahiyəsində heç bir zədə yoxdur. Zlatan 10 gündən sonra yenidən tibbi müayinədən keçəcək”.

Qeyd edək ki, mətbuatda İbrahimoviçin topuq sümüyünün sındığı, 38 yaşlı oyunçunun bu üzdən karyerasını başa vuracağı bildirilib.

 

 

Gununsesi.org

COMMENTS