
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə Ermənistanın üçüncü ölkə vətəndaşları və diplomatik pasportlara malik şəxslər üçün Ermənistan-Türkiyə sərhədinin qismən açılmasına dair razılaşmaya sadiqliyini təsdiqləyib.
Gununsesi.info “armenpress”ə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komitəsinin iclasında deyib.
Mirzoyan Antalyada keçirilən diplomatik forum çərçivəsində Türkiyə mətbuatına müsahibə verdiyini xatırladıb.
Gununsesi.info