
Bu gecə Tbilisinin rayonlarından birində ticarət obyektləri və yaşayış mənzillərinin olduğu binada güclü partlayış baş verib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Exo Kafkaza” nəşri məlumat yayıb.
Hadisə gecə saatlarında Samtredia küçəsində yerləşən Didube ərazisində təmir işləri aparılan ticarət obyektində baş verib.
Birinci mərtəbədə baş verən güclü partlayış çərçivələri sıradan çıxarıb və qonşu mənzillərə, evlərə və avtomobillərə ziyan vurub. Ölən və yaralanan olmayıb.
İlkin versiyalara görə, partlayışa qaz sızması səbəb ola bilər.
Həmin binada mənzillərdə 93 ailə yaşaydığı qeyd edilir. Mütəxəssislər partlayışdan sonra binanın texniki vəziyyətini qiymətləndirənə qədər sakinlər müvəqqəti olaraq evdən çıxarılıb.
Gununsesi.info