Makron: Rusiya ilə müharibəyə hazır olmalıyıq

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Rusiya Ukrayna-Rusiya müharibəsində qalib gələrsə, Avropanın etibarı sıfıra enəcək.

Gununsesi.info xəbər verir ki, “France 2” və “TF1” televiziyalarının ortaq yayımına qatılan Makron müharibənin hazırda Avropa ərazisində olduğunu bildirib. “Strasburq ilə Lvov arasında 1500 kilometrdən az məsafə var. Rusiya müharibəni qazanarsa, Avropanın etibarı sıfıra enəcək”, – Makron deyib.

Fransa prezidenti Moskva rəhbərliyinin müharibəni qazanması halında artıq təhlükəsiz ola bilməyəcəklərini və Avropanın müharibəyə hazır olması lazım olduğunu bildirib.

Ukraynaya hərbi qüvvələrin göndərilməsi ilə bağlı Makron belə dəyərləndirib: “Bütün bu variantlar mümkündür, buna görə yeganə cavabdeh Moskva rejimi olacaq”. Makron vurğulayıb ki, onlar Ukraynanı dəstəkləmək imkanlarını nəzərdən qaçıra bilməzlər.

Fransanın nüvə silahlarının fransızlara zəmanət verdiyini qiymətləndirən Makron Rusiyanın bu müharibədə qalib gəlməsinin fransızların həyatının dəyişəcəyi anlamına gəldiyini açıqlayıb.

Gununsesi.info