
Ermənistan hökuməti Rusiya prezidenti Vladimir Putini ölkəyə səfər edəcəyi təqdirdə Haaqa tribunalına verməyəcək.
Gununsesi.info “Unian”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan açıqlayıb.
Onun sözlərinə görə, hökumət Azərbaycanla fikir ayrılıqlarına görə 2022-ci ilin dekabrında Roma Statutuna qoşulub və Beynəlxalq Cinayət Məhkəməsinin sonrakı qərarlarını öncədən proqnozlaşdırmaq mümkün olmayıb.
“Buna görə də hakim komanda Putin Ermənistana səfər edəcəyi təqdirdə onu həbs etmək fikrində deyil”, – Arşakyan əlavə edib.
Gununsesi.info