M.Ə.Rəsulzadənin Polyak xanımı Leyla Rəsulzadəyə aid maraqlı arxiv sənədi - FOTO

Tarixçi alim Nəsiman Yaqublu Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə ilə bağlı maraqlı arxiv sənədi əldə edib.

Gununsesi.info alimin sosial şəbəkə hesabında paylaşdığı həmin sənədi təqdim edir:

HTML tutorial

Bu sənədi M.Kəngərli Ankarada olanda mənə bağışlamışdı.Sənəd məktub formasındadır, Leyla(Vanda) xanım Türkiyə türkcəsində öz xətti ilə yazıb və Polşanın Vroslav şəhərindən M.Kəngərliyə, onun ailəsinə

göndərib.Göndərilmə tarixi 1973-cü ilə, 15 avqusta aiddir.Çox ehtimal ki, Leyla xanımın həmin şəhərədə qohumları yaşayıb və bu məqsədlə də oraya gedib.Çünki məktubda qızqardaşı olaraq təqdim etdiyi Mariya ilə birlikdə olduğunu yazır.

 

Qeyd: Leyla(Vanda) xanımın Polşadakı qohumlarını axtarmaq və tapmaq istiqamətindəki axtarışlarım davam edir.Bu işdə Polşadakı polyak dostlarım da kömək etməkdədir.

Gununsesi.info