Rusiyada insident: 10 hərbçi girov götürüldü

Rusiyanın Bryansk vilayətində çağırışçı əsgərlərdən biri 10 hərbçini girov götürüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

HTML tutorial

Samara vilayətindən olan çağırışçının avtomat və əl qumbarası ilə silahlandığı bildirilib. Həmin şəxs əl qumbarasını partladacağı ilə təhdid edib.

Məlumata görə, həmin şəxs yaxın qohumlarının Ukraynada öldürüldüyünü eşitdikdən sonra bu addımı atıb.

Polis onun olduğu mədəniyyət evinin binasını mühasirəyə alıb. Təxminən 1 saatdan sonra aparılan danışıqlar nəticəsində girovlar azad edilib.

Gununsesi.info