Keniyada etirazlar davam edir

Keniyada ötən həftədən bəri hökumət əleyhinə keçirilən nümayişlərdə ölənlərin sayı 3 nəfərə çatıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, paytaxt Nayrobi başda olmaqla müxtəlif şəhərlərdə keçirilən etirazlarda ölənlərin sayı 3 nəfərə çatıb.

HTML tutorial

Ölkənin aparıcı qəzetlərindən olan Daily Nation “Qara bazar ertəsi: Bu axmaqlığa son verin!” başlığı ilə şüarlar irəli sürüb. Digər tərəfdən, bəzi etirazçılar müxalifət lideri Raila Odinqanı dəstəkləyən keçmiş prezident Uhuru Kenyattanın fermasına basqın ediblər.

Odinqanın rəhbərlik etdiyi Azimio koalisiyası seçkinin nəticələrinə və yaşayış xərclərinə etirazlarını əsas gətirərək keçən həftə küçələrə çıxıb. Müxaliflər hər bazar ertəsi və cümə axşamı nümayişləri davam etdirəcəklərini açıqladılar.

 

Tərcümə:

Şəbnəm

Gununsesi.info