Ermənistan danışıqları pozub – ÜÇTƏRƏFLİ KOMİSSİYA İŞİNİ DAYANDIRIB

Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli komissiya işini dayandırıb.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə parlament brifinqindəı çıxışı zamanı baş nazirin müavini səlahiyyətlərini icra edən Mqer Qriqoryan açıqlama verib.

O, regional kommunikasiyaların, o cümlədən nəqliyyatın açılması üçün fəaliyyətə başlayan komisisyanın işini dayandırma səbəbini də açıqlayıb.

“Effektiv və məhsuldar iş üçün müvafiq fon lazımdır. Sərhəddə belə bir vəziyyətdir, düşünmürəm ki, bu şəraitdə konstruktiv dialoq mövcud ola bilər. Hazırda bu xəttə kontaktlarımız kəsilib, görək, qarşıda nə olur. Sonuncu insidentdən sonra Azərbaycan tərəfi ilə əlaqə yoxdur”.

Xatırladaq ki, üçtərəfli komissiyaya Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinləri Şahin Mustafayev, Mqer Qriqoryan və Andrey Belousob daxil idi.