Ermənilərin atdığı mərmilər Tovuzda yaşayış evlərinə düşüb

Ermənilərin atdığı mərmilər Tovuzda yaşayış evlərinə düşüb

Ermənistan Silahlı Qüvvələri tərəfindən bu gün səhər saatlarında Tovuzun Dondar Quşçu kəndinə atılan mərmilər yaşayış evlərinə və bir neçə həyətyanı sahəyə düşüb. 

Gununsesi.org xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib. 

Onun sözlərinə görə, nəticədə evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib. Mülki şəxslər arasında xəsarət alan yoxdur.

Gununsesi.org

COMMENTS