Ərdoğan terror aktını pislədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvadakı terror hadisəsini pisləyən bəyanatla çıxış edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ərdoğan bu gün iştirak etdiyi “Böyük Ankara mitinqi”ndə çıxışı zamanı deyib.

O, terror aktını qınadığını, Rusiya xalqının kədərinə şərik olduğunu bildirib: “Dünən Moskvada baş vermiş terror aktına görə Rusiya hökumətinə başsağlığı verirəm. Terror aktını qətiyyətlə pisləyirəm. Terror kimdən gəlirsə, törədənin kim olmasından asılı olmayaraq qəbuledilməzdir. Terrorun qanlı üzünü çox yaxşı bilən bir ölkə olaraq rus xalqının acısını paylaşırıq. Bəşəriyyətin ortaq düşməni olan terrora qarşı mübarizəmizi davam etdirəcəyik”.