
İsrailin Qəzzaya 5 aydan çoxdur davam edən hava hücumlarında gərginliyi artıracaq bir proses baş verib.
Gununsesi.info xəbər verir ki, HƏMAS-ın hərbi qanadı olan Qəssam briqadalarının liderlərindən olan Mərvan İssanın İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində ölməsi xəbəri ABŞ tərəfindən təsdiqlənib.
ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan İsrailin hücumu nəticəsində HƏMAS-ın hərbi qanadı olan Qəssam briqadalarının liderlərindən biri Mərvan İssanın öldürüldüyünü açıqlayıb. Sallivan bildirib ki, onlar təşkilatın digər liderlərinin də Qəzzada tunellərdə gizləndiyini təxmin edirlər.
İsrail mətbuatı ötən həftə İsanın Qəzzaya endirilən hava hücumlarında ölməsi xəbərinin İsrail ordusu tərəfindən araşdırıldığını açıqlamışdı.
İsrail ordusunun radiosu hərbi kəşfiyyatın İssanın şəxsiyyətini müəyyən etdiyi Nusayrat qaçqın düşərgəsinin bombalandığını və öldürülən 5 nəfər arasında Qəssam briqadalarının 2 nömrəli ismi olan İssanın da olduğunu bildirib.
Gununsesi.info