
Gəncədə su kanalında meyit tapılıb.
Gununsesi.info xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçiriblər.
İlkin baxış zamanı üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyən meyitin 1969-cu il təvəllüdlü Tahir Hüseynov olması məlum olub.
Faktla bağlı müvafiq ekspertiza təyin edilib, araşdırmalar davam etdirilir.
Gununsesi.info