“Ulduz müharibələri” filmindəki rolları ilə məşhur olan britaniyalı aktyor Alan Harris 82 yaşında vəfat edib.
Gununsesi.org xəbər verir ki , bu barədə “Metro” xəbər yayıb.
Onun ağciyər xərçəngindən öldüyü bildirilir.
Qeyd edək ki, Harris gənclik illərində model olub, lakin sonra həyatını tamamilə kinoya həsr edib.
O, “Ulduz müharibələri”nin üç orijinal epizodunda, o cümlədən, “Epizod V: İmperiya cavab zərbəsi vurur”da çəkilib.
COMMENTS