Yanvar ayının 31-də 114 saylı Şəki kənd birinci seçki dairəsindən deputatlığa namizəd Əli Məsimli növbəti görüşlərini günün birinici yarısında rayonun Babaratma, Qaradağlı və Qudula kəndlərində, günün ikinci yarısında isə Şorsu kəndində keçirdi.
Gununsesi.org xəbər verir ki, görüşdə seçicilərlə yanaşı, deputatlığa namizədin vəkilləri-Pedaqogika elmləri doktoru, professor Firədun İbrahimov, dosen Qüdurət Bəkirov və Fransa Milli Müqavimət hərəkatının əfsanəvi nümayəndələrindən biri, Fransanın Milli Qəhrəmanı Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılıov, seçki qəragahının üzvləri, könüllülər iştirak etmişlər.
Görüşü açıq elan edən deputatlığa namizədin vəkili, professor Firədun İbrahimov Əli Məsimlinin kimliyi və fəaliiyyəti haqqında görüş iştirakçılarına ətraflı məlumat verdi. Daha sonra deputatlığa namizəd Əli Məsimli Milli Məclisdəki 4 illik fəaliyyəti barədə seçicilərə hesabat verdikdən sonra, seçkiqabağı platforması, ona yenidən etimad göstəriləcəyi təqdirdə Milli Məclisdəki fəaliyyəti barədə məlumat verib. Deputatlığa namizəd öz çıxışında bildirib ki, biz 114-cü dairəinin və ümumiyyətlə Şəkinin problemlərini öyrənəndən sonra, buna əlavə olaraq həm də sosioloji sorğular da keçirdik. Bu əsasda Şəkinin 2016-2020-ci illər üzrə inkişaf proqramını yenidən işləyib 26 əsas problem üzrə Nazirlər Kabinetinə və digər aidiyyatı orqanlara müraciət etdik. Müraciətdə öz əksini tapan məsələlərin bir hissəsi dövlət investisiya layihələrinə salındı və həll olundu. Amma həllini gözləyən məsələlər də çoxdur. Etimad göstəriləcəyi təqdirdə təkcə 114 saylı Şəki kənd birinci seçki dairəsi ilə məhdudlaşmadan bütövlükdə Şəki rayonunun aktual problemləri bu dəfə də Şəkinin 2021-2025-ci illər üzrə inkişaf proqramında öz əksini tapacaq və bu problemləri sistemləşdirib yenə də aidiyyatı orqanlara göndərəcək və reallaşdırılması istiqamətində səy göstərəcəyik. Görüşlərdə seçicilər Əyriçay su anbarı ilə bağlı Babaratma kəndində meydana çıxmış acınacaqlı durumla bağlı, həmçinin Qudula kənd tam orta məktəbi üçün yeni binanın inşa edilməsi, Şorsu kəndində artezian quyularının qazılması, əkin sahələrinin suvarma suyu ilə təchizi və sair problemləri qaldırdılar. Sonra Əli Məsimli seçicilərin çoxsaylı suallarına cavab verdi. Deputatlığa namizəd öz çıxışında bildirib ki, islahatlar və sosial sahədə atılan addımlar növbəti ildə də davam etdiriləcəkdir. İslahatların davamı həm də sizin qaldırdığınız məslələrin həllinin sürətləndirilməsinə də təkan verəcək. Deputatlığa namizəd fevral ayının 9-da seçiciləri fəal olmağa, hamılıqla seçki məntəqələrinə gedərək qəlblərinin səsinə uyğun olaraq istədikləri namizədə səs verməyə, bunula belə seçki kompaniyasının gedişində insanlara yalan vədlər verən namizədlərə inanmamağa çağırdı.
Çıxış edən seçicilər öz növbəsində namizədə uğurlar arzuladılar və onun Parlamentdəki fəaliyyətini və Şəki rayonunun problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək dəyərləndirərək onu yenidən Milli Məclisdə görmək istədiklərini, ona səs verəcəklərini bildirdilər.
COMMENTS