
Bu günlərdə Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətində keçirilən təntənəli mərasimlə bağlı mediada bir sıra xəbərlər yayıldı.
Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin nitqi isə diqqətdən yayınmadı.
Belə ki, geniş nitqində DSX-nin faəliyyətindən bəhs edən Elçin Quliyev nədənsə, DTX və Baş Prokurorluğun bu qurumda keçirdiyi anti-korrupsiya əməliyyatından üstündən keçdi. Sanki DSX-nin ali zabi heyətinə daxil olan şəxslər onun işçiləri olmayıb. Sanki, yoxlamalar nəticəsində on milyonlarla vəsaitin oğurlandığı qurum da DSX deyil.
Bu arada Gununsesi.info-nun araşdırması zamanı DSX -nın ali zabit heyətinin tərkibi ilə bağlı maraqlı məqam üzə çıxıb.
Belə ki, saytımıza məlum olub ki, DSX-da nə az, nə də çox, 30 general var. Ürəkağrıdıcı məqam isə odur ki, bu qədər sayda generalı olan Dövlət Sərhəd Xidməti İran İlam Respublikasından ölkəyə qaçaq yolla gətirilən narkotikin qarşısını almaqda acizdir.
Elə bir gün olmur ki, polis və digər hüquq-mühafizə orqanlarının narkotiklərlə bağlı əməliyyatında istintaqın gedişində həmin vasiətlərin qaçaq yolla İrandan gətirilməsinə dair istintaq faktları üzə çıxmasın.
Gununsesi.info Elçin Quliyevin tabeçiliyindəki generalların bəzilərinin adlarını təqdim edir:
1) general -polkovnik Elçin Quliyev
2) general-leytenant Rəşad Sadiqov
3) general-leytenant İlham Mehdiyev
4) general-leytenant Firuz Şirinzadə
5) general -leytenant Əfqan Nağıyev
6) general -leytenant Abbas Xəlilov
7) general -leytenant Əsgər Xəlilov
8 general-leytenant Elşən Verdiyev
9) general-leytenant Cavid Abdullayev
10) general-leytenant Asif Cəbrayılov
11)general-leytenant Araz Məmmədov
12)general-leytenant Niyaməddin Tağıyev
13) general-leytenant İsmayıl Əkbərov
14)general-leytenant Azad Ələkbərov
15)general-leytenant Ehram Hacıyev
16) general-mayor Azər İbrahimov
17) general-mayor Elçin İbrahimov
18) general-mayor Ayaz Hüseynov
19)general-mayor Rəsul Tağıyev
20) general -mayor Ramin Bağırov
21) general-mayor Prizadə Müzəffər
22) kontr-admıral Ağayev Ziyad
23) kontr-admiral Abbas Qiyasov
24)general-mayor Faiq Məmmədov
25)general-mayor Babək Qurbanov
26) general-mayor Aqşin Məhərrəmov
Bundan başqa DSX akademiyasının rəisi və Elçin Quliyevin əməliyyat işləri üzrə müavini vəzifəsi də general rütbəsinə uyğun vəzifələrdir.
Gununsesi.info