DYP qarlı hava ilə bağlı piyadalara müraciət edib

  • By ilhame
  • 14 Yanvar 2024 09:50

Qarlı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Müraciətdə deyilir:

 

“Əziz piyadalar:

 

– paytaxt ərazisində sürüşkən mərmər səkilərdə hərəkət edərkən diqqətli olun;

 

– yollarda avtomobilin olmadığından tam əmin olduqdan sonra yolu qarşıdan-qarşıya keçin;

 

– qarlı-buzlu havalarda hündürdaban ayaqqabı geyinməyin. Ayaqqabının sürüşkən olmadığına və rahat olduğuna fikir verin;

 

– çöldə olarkən əlinizi cibinizə qoymayın. Çünki yıxıldıqda əlinizlə müvazinəti tənzimləyə bilərsiniz;

 

– balaca və asta addımlar atın;

 

– pilləkənləri çıxıb düşərkən ayağınızı pilləkənə tam qoyduğunuza və sürüşmədiyinə tam əmin olun;

 

– pilləkənlərdən çıxıb düşərkən tutacaqdan istifadə edin;

 

– yumşaq qar altında bərk buzun ola biləcəyini unutmayın, qara ayaq basarkən ehtiyatlı olun;

 

– bel, boyun, baş üstə yıxılan adamı tərpətmədən təcili tibbi yardım çağırın”.

 

Gununsesi.info