Dünyanın sonu nə vaxt olacaq? - Mütəxəssislər dəqiq tarixi verdilər

Elm dünyası dünyanın sonunun necə olacağı ilə bağlı bir tapıntıya çatıb. Yerdən 12 min işıq ili uzaqda olan planet yeyən bir ulduzun sönmə mərhələsində ətrafındakı planetləri udduğunu təyin etdilər və 5 milyard il sonra Günəşin də öz sistemimiz üçün də buna bənzər bir şey edəcəyini bildirdilər.

Gununsesi.info xəbər verir ki, dünyanın sonunun necə olacağı və ya mümkün qiyamət ssenariləri çox vaxt mətbuatın gündəmini zəbt edir. Elm dünyası isə bu mövzuda diqqətəlayiq bir nəticəyə gəlib.

HTML tutorial

Əldə edilən məlumata görə, Yerdən 12 min işıq ili uzaqda olan bir planeti udan bir ulduz Yeri də udacaq.

Ancaq bu proses təxminən 5 milyard ildən sonra baş verəcək. Elm dünyası Yerdən əvvəl Merkuri və Veneranı udacaq.

Astronomlar əvvəllər ulduzları və bütün planetləri istehlak etməyə meylli bir ulduz gördüklərini düşünürdülər; lakin indiyə qədər heç bir aydın sübut yox idi.

Mütəxəssislərin fikrincə, ulduz 10 gün ərzində 100 dəfədən çox parlaq olub. Həmçinin, bu parıltının ardınca daha soyuq və uzun bir siqnal gəlib.

Mütəxəssislərin fikrincə, bu görüntünün yaranmasının yeganə səbəbi bir ulduzun planeti udmasıdır. Çünki yalnız ulduz öz atmosferinə bir cismi çəkərkən belə yüksək parıltı yarana bilər.

MİT-in Astrofizika və Kosmos Tədqiqatları İnstitutunun əməkdaşı Kişalay De, “Udmanın son mərhələsini gördük” dedi.

İngilis mətbuatı “Bu, dəhşətli mənzərə olmasa da, bu müşahidə Yerin taleyi haqqında üzücü bir mənzərə yaradır” dedi.

Eyni şey dünya üçün də olarsa; Günəş yanacaq və “ağ cırtdan” olacaq və Günəş Sistemindəki bütün daxili planetləri udacaq.

Planet yeyən ulduzun ilk dəfə 2020-ci ildə kəşf edildiyi düşünülürdü. MIT, Harvard Universiteti və Celtech-dən olan tədqiqatçılar bir araya gələrək öyrəndilər. Ancaq kəşf etdiklərini dərk etmək üçün onlara 12 ay lazım olub.

Gununsesi.info