
Böyük Britaniyada yerləşən “Economist Intelligence Unit” tərəfindən təhlil edilən 173 şəhər arasında Suriyanın Dəməşq şəhəri ən ucuz şəhər olub.
Gununsesi.info xəbər verir ki, Ümumdünya Yaşayış İndeksi sorğusunun nəticələrinə dair son hesabatda dünyanın ən ucuz şəhərlərinin istehlak malları baxımından da olduqca ucuz olduğu məlum olub.
“Business Insider”ə açıqlama verən EIU-nun tədqiqat direktoru Barsali Bhattacharyya bildirib ki, dünya miqyasında yaşayış dəyəri indeksi bu ilki araşdırmada 173 şəhəri qiymətləndirir. “Siyahıda müxtəlif amillər, o cümlədən şəhərin ölçüsü və əhalisi, iqtisadi və ictimai əhəmiyyəti, müştərilərimiz və abunəçilərimiz üçün əhəmiyyəti rol oynayır”, – deyə o əlavə edib. “Reytinqlərimizdə şəhərləri tez-tez aşağı salan digər amil yerli valyutaların ABŞ dollarına nisbətdə möhkəmliyidir”.
Nyu-York dünyadakı yerləri müqayisə etmək üçün istifadə edilən əsas şəhər idi və indeks dəyəri 100 idi. 173 şəhər əsasında hazırlanan hesabatda Sinqapur və Sürix ən bahalı şəhərlər olaraq qiymətləndirilib. Suriyanın paytaxtı Dəməşqin indeks dəyəri yalnız 13 olaraq hesablanıb.
Yeni EIU hesabatında sadalanan ucuz şəhərlər və indeks dəyərləri siyahının sonundadır.
DÜNYANIN ƏN UCUZ ŞƏHƏRLƏRİ
10. Buenos Ayres, Argentina – indeks dəyəri 37
10. Çennai, Hindistan – indeks dəyəri 37
9. Laqos, Nigeriya – indeks dəyəri 35
8. Əhmədabad, Hindistan – indeks dəyəri 34
7. Lusaka, Zambiya – indeks dəyəri 33
6. Tunis, Tunis – indeks dəyəri 32
5. Daşkənd, Özbəkistan – indeks dəyəri 31
4. Kəraçi, Pakistan – indeks dəyəri 28
3. Tripoli, Liviya – indeks dəyəri 23
2. Tehran, İran – indeks dəyəri 20
1. Dəməşq, Suriya – indeks dəyəri 13
Gununsesi.info