Dünya bu qərardan danışır: - Netanyahunu hansı ölkələr həbs edəcək?

Beynəlxalq Cinayət Məhkəməsi (ICC) İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallantın Qəzzada hərbi cinayət törətdikləri səbəbi ilə həbs qərarı verib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, məhkəmənin bəyanatına görə, ittihamlar arasında qətl, qəddarlıq və digər qeyri-insani hərəkətlər var.

Bəs, Netanyahu haqqında verilən həbs qərarına Avropadan və dünyadan reaksiyalar necə oldu?

Hansı ölkələr bu qərarı pisləyib, hansılar onu dəstəkləyib?

Ağılda olan ən vacib sual bu idi: Hansı ölkələr BCM-nin qərarına əməl edəcək və Netanyahunu öz sərhədlərinə addım atacağı təqdirdə həbs edəcək?

Məhkəmənin qərarını “absurd və antisemit” hesab edən İsrailin Baş Nazirlik ofisi deyib:

“Netanyahu İsrail bütün müharibə məqsədlərinə çatana qədər təzyiqlərə boyun əyməyəcək, təslim olmayacaq və geri addım atmayacaq”.

İsrail siyasətçiləri də BCM-nin Netanyahu və Gallantın həbsinə order vermək qərarını pisləyiblər.

İsrail prezidenti İsaak Hersoq həbs qərarı verildikdən sonra “Ədalət üçün qaranlıq gündür. Bəşəriyyət üçün qaranlıq gündür” deyib.