
Xəbər verdiyimiz kimi, dünən Fransanın Moskvadakı səfiri Pyer Levi Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Gununsesi.info-nun TASS-a istinadən məlumatına görə, səfir bu gün Rusiya XİN-ə gedib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi yanvarın 17-si Xarkovda xarici muzdlu döyüşçülərin yerləşdiyi obyektə zərbə endirildiyini açıqlayıb. Həmin muzdluların əsas hissəsini fransız döyüşçülərin təşkil etdiyi bildirilib. Nazirliyin məlumatına görə, zərbə nəticəsində 60-dan çox muzdlu ölüb, daha 20 nəfər isə xəstəxanaya yerləşdirilib. Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova fransalı səfirin nazirliyə çağırıldığını açıqlayıb.