Almaniyada yenidən açılan məscidlərdə bu cür ibadət ediləcək

Almaniyada yenidən açılan məscidlərdə bu cür ibadət ediləcək

Almaniyada yeni növ koronavirusa qarşı mübarizə tədbirlərinin yumşaldılması çərçivəsində yenidən kütləvi ibadətə icazə verilib.
Gununsesi.org  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, müsəlmanlar məscidə girməzdən əvvəl adları və əlaqə məlumatları qeyd olunur.
Bundan sonra onlar əllərini dezinfeksiya edib, 1,5 metrlik sosial məsafə qaydasına uyğun olaraq, maska ilə namaz qılırlar.
Namaz qılındıqdan sonra məscidin içərisi dezinfeksiya edilir.
Maksimum 50 nəfərlik kütləvi ibadətə icazə verildiyi qeyd olunur.
Gununsesi.org

COMMENTS