Döyüş xoruzu 2 nəfəri öldürdü

Hindistanda keçirilən xoruz döyüşlərində ayaqlarına bıçaq bağlanmış xoruz 2 nəfəri öldürüb.

Gununsesi.info xəbər verir ki, Adı Andhra Pradeşdən olan hindistanlı Kakinadada döyüş zamanı xoruzun ayağına bıçaq bağlamaq istəyib. Həmin vaxt xoruz ona hücum edib. 20 yaşlı gənc də eyni aqibəti yaşayıb.

HTML tutorial

Şərqi Qodavaridə xoruz döyüşündə tamaşaçılar arasında olan gənc bir anda nə baş verdiyini anlaya bilməyib və xoruzun hücumuna məruz qalıb.

Xoruzun ayağına bərkidilmiş kiçik bıçaqlar 20 yaşlı gəncin bədənində dərin kəsiklər yaradıb.

Hər iki şəxs, bütün müdaxilələrə baxmayaraq, qanaxma nəticəsində ölüb.

Gununsesi.info